Prestige Servis

Depo soyuducularının
layihələndirilməsi və montajı

Şirkətimiz müştərilərin tələblərinə uyğun şəkildə saxlanılacaq məhsullara əsasən anbar soyuducularını texniki baxımından lahiyələndirərək montajı  işlərini görür. Anbar soyuducuları saxlanılacaq qida və məhsullara görə fərqli dərəcədə və fərqli nəmlik göstəricilərində olur. Əgər vurğulanan göstəricilərə diqqət olunmazsa, qidaları uzun müddətli saxlamaq olmaz və tərkibi yanlış saxlanmaya görə öz keyfiyyətini itirəcək. Müştərilərimizin anbar seçimində depolanacaq məhsulların saxlanma göstəriciləri müəyyənləşdirildikdən sonra, anbarın hansı ərazidə yerləşəcəyi barədə məlumatlar əldə olunur. Nəzərə almaq lazımdırki depo soyutma sistemləri isti havalarda 24 saat ərzində çaışma saat intervalı çox azalır. Anbar yığılacaq ərazinin iqliminə uyğun  olaraq deponun soyutma aqreqatının seçimləri dəyişir. Mühit istiliyi yay aylarında sendviç panellərədə təsirsiz ötüşmür. Açıq səma altında günəş şualarının birbaşa təması olan depoların performans göstəriciləri aşağı düşür. Əgər günəş şualarından sendviç paneli mühafizə  etmək mümkün olmadıqda, soyutma performansı aqreqatın texniki göstəriciləri artırmaqla əldə edilir. Anbarın soyuducu aqreqatı qidanın nəmlik tələbləri, kütləsi və gündəlik anabara daxil olan məhsulların çəkisinə görə hesablanır.

Soyuducu anbarlar aşağıda göstərildiyi kimi sinifləndirilir.