Hər bir cihaz və ya qurgunun istismar müddəti artdıqca nasazlıqların baş verməsi yüksəlir. Cihazların keyfiyyət göstəricisi və qüsurların tez-tez baş verməsi, istehsal olundugu ölkəyə və markalara görə dəyişir. Nasazlıq baş vermiş bir cihazda qüsurun ilkin müdaxilədə düzgün aşkarlanması üçün, həmin sahə üzrə ixtisaslaşmış bir peşəkar servisə müraciət olunması məqsədəuygun hesab edilir. Çox zaman cihazlar fabrik tərəfindən konveyer üsulu ilə istehsal olunduğu üçün, naqlillər və bərkidici hissələrdə az sayda olsada qüsurlar meydana çıxırki buda bir müddət istismardan sonra özünü qabarıq büruzə verir. Nasazlıq baş vermiş bir cihazın mükəmməl təmiri üçün, həmin cihazın texniki xarakterlərini və iş prinsipini dəqiq bilmək lazımdır. Cihaz haqqında az məlumatlı olduqda, təmir zamanı olan səhvlər həmin cihazın öncəki performansında işləməməsinə səbəb ola bilər. Təmir zamanı peşəkarlıq ilə yanaşı, istifadə olunan orjinal ehtiyyat hissələri və qabaqcıl markalara məxsus olan əl alətləri görüləcək işin keyfiyyətinin yüksəldilməsində böyük önəm daşıyır. Təmir zamanı ilk olaraq cihazdakı nasazlığın hansı səbəblərdən qaynaqlandığını araşdırmaq və təmir sonrası cihazın istifadəsində məsuliyyət daşıyacaq texnik və işçiləri təlimatlandırmaq çox önəmlidir. Bu halda cihazdakı eyni qüsurların təkrarlanmasının qarşısı alınmış olur. Elektrik ilə işləyən cihazların montajı zamanı tərəfimizdən ciddi nəzarət olunurki, elektrik qovşaqlarındakı qoruyucuların göstəriciləri qurlaşdırılmaqda olan cihazın tələblərinə uyğun olsun. Cihaz gün ərzində uzun saat işlədiyində elektrik açarı aşağı göstəricili olduqda sönə bilər və ya yüksək olduğunda baş verəcək qısa qapanma zamanı cihaz daha çox zərərə məruz qala bilər. Qurlaşdırılacaq hər bir cihazın texniki göstəricilərinə uygun elektrik sabitliyinə (220v və ya 380), elektrik bəsləmə kabelinin en kəsik ölçülərinə, su tələb edirsə bar ( 0.5 və 4 ) və qaz təminatı tələb edirsə ( 15-25 mmbar ) göstəriciləri cihazın icazə verilən texniki parametlərini üstələməsin. Əks halda cihaz lazımı performans göstərməyəcək və istismar müddətini az vaxt çərçivəsində bitirəcək
Prestige Servis
Salam! Necə kömək edə bilərik?
WhatsApp-a keçin
🟢 Online
Daha çox məlumat üçün bizə WhatsApp-dan yazın!