Prestige Servis

Market avadanlıqlarının lahiyələndirilməsi
montajı və servisi

Market avadanlıqları siyahısında soyuducuların və məhsul saxlama deposunun rolu böyük və əvəzedilməzdir. Qeyd etmək lazımdırki, marketlərdə qida məhsulları son saxlanma tarixinə görə dəyişsədə, belə məhsulların saxlanıldığı soyuducular və depoların seçimlərində, lahiyəyə əsasən yalnış  yerləşməsi və texniki göstəricilərin uyğunsuzluğu səbəbindən məhsul daha tez öz keyfiyyətini itirir. Soyuducunun düzgün seçilməsi və montajının texniki göstəricilərə uyğun doğru montaj edilməsi bu işin əsasını təşkil edir. Tərəfimizdən montaj olunmuş aqreqatların daxili bütövlüyü incələnir və istehsalçı fabrik tərəfdən istehsal zamanı baş vermiş daxili parçalarda çatızmamazlıq və ya qüsurlar qeydə alınıraq sifarişçiyə bildirilir. Servis qrupu montajdan sonra soyuducuya yığılmış qidanın çeşidlərinə və saxlanılma dərəcəsinə görə  soyuducunu proqramlaşdırır. Montajdan sonra soyuducudan istifadə edəcək işçilərə  istismar və qulluq qaydaları geniş izzah olunur. Əgər market şirkətin öz əməkdaşları tərəfindən lahiyələndirilmişsə soyuducuların və soyutma aqreqatının yerləşməsi texniki tələblərə zidd olduqda tərəfimizdən gələcəkdə baş verəcək qüsurlar izah edilir və texniki cəhətdən uygun olacaq yerləşmə təklifləri qarşı tərəf əməkdaşlarımızın nəzərinə çatdırılır.